Kim sevər səni mənim qədər
Ömrümü eylədin hədər...
Gəl, inan bu təmiz eşqimə
Qıyma, öldürər məni kədər...
Kaş, görəydi bu ürəyimi
Onda anlar o, bu sevgimi...
Əl çəkən deyiləm bil bunu
Sən də məni sevənə kimi...
Eşqin yollarında qalaram
Gözlərin qadasın alaram
Nə desən edərəm
Neyləsən dözərəm
Sən sevən birisi olaram...
Harda olsan ora gələrəm
Sevməsən də yenə sevərəm
Qal desən qalaram
Öl desən ölərəm
Sən sevən birisi olaram...