Sabah yenə də bir qanlı döyüşdür
Bəlkə ölümdür, bəlkə dönüşdür?
Bəlkə də cismim torpaqla görüşdü?
Ümidim sənə, qartal
Sən uca göydəsən, mənsə yerdə
İmkan yoxdur baş çəkim kəndə
Boylan hərdənbir yolun düşəndə
Yanırmı baca, qartal?
Boylan hərdənbir yolun düşəndə
Yanırmı baca, qartal?
Mən ölümlə üzbəüz dayandım
Top səsiylə yatdım, oyandım
Bu zabit sözü və əsgər andı
Ucaldan uca qartal
Bu zabit sözü və əsgər andı
Ucaldan uca qartal
Güllədən yayınmaq yuxu kimi
Döyüşdə ölüm qohum kimi
Sən qanad çal göydə ruhum kimi
Qanadlan, qoca qartal
Sən qanad çal göydə ruhum kimi
Qanadlan, qoca qartal
Qoca qartal, nə gəzirsən
Dağlar qoynunda, qoynunda?
Dağlar qoynunda, qoynunda?