Песня Yox (Qoca Cinar 2004) в исполнении Адалят Шукюров feat Ceyhun Ismayılov - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
Текст песни Адалят Шукюров feat Ceyhun Ismayılov - Yox (Qoca Cinar 2004)
Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin "yox"
Mən dedim: "Günəş sarıdır", sən dedin: "Qara"
Mən dedim: "Qışda gəzərkən iz düşür qara"
Dedin: "Yox"
Dedim: "Mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Mən dedim: "Fəsil dəyişir keçəndə aylar"
Dedim: "Bir ilin içində 12 ay var"
Dedin: "Yox"
Mən dedim: "Yumsan gözünü, düşər qaranlıq"
"Yum gözünü, məni düşün, düşün bir anlıq"
Dedin: "Yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Mən dedim: "Bu, davranışdır könlümü üzən"
"Gəlmişəm qəti qərara, getməliyəm mən"
Dedin: "Yox"
Mən dedim: "Quşlar uçarkən qanad açırlar"
Mən dedim: "Ulduzlar göydə işıq saçırlar"
Dedin: "Yox"
Dedim: "Mən səni tək qalmağa qoymayacağam"
"Səni tərk edib başqasıyla olmayacağam"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Mən dеdim: "Bu məhəbbətin axırı yoxdur"
"İkimiz də üzülürük, əzabı çoxdur"
Dedin: "Yox"
Dayandıq nəfəs-nəfəsə, yaşardı gözüm
Titrəyə-titrəyə dedim bir kəlmə sözü
Dedin: "Yox"
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sеvsəm də səni, indi məcburam gedəcəyəm
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"
Dedin: "Yox", dedin: "Yox", dedin: "Yox"