Текст песни Аббас Багиров - Vətən Yaxşıdır (Oxu, Qardaşım)
Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında dastana döndü
Dastana döndü
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında dastana döndü
Dastana döndü
Deyirlər, bülbülə çəmən yaxşıdır
İnsançün laləzar, vətən yaxşıdır
Deyirlər, bülbülə çəmən yaxşıdır
İnsançün laləzar, vətən yaxşıdır
Şair, sorma, vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü
Dastana döndü
Şair, sorma, nədən vətən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü
Dastana döndü
Könüllər cəlb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ
Könüllər cəlb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ
Çatdıqca vətənim, elim nəzərə
Təbiət də mənə heyran göründü
Heyran göründü
Çatdıqca vətənim, elim nəzərə
Təbiət də mənə heyran göründü
Heyran göründü
Xəzər dənizitək eşqimlə coşdum
Xülyalar içində sanki bihuşdum
Ey, nəzər dənizitək eşqimlə coşdum
Xülyalar içində sanki bihuşdum
Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastan göründü
Dastana döndü
Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Oxu, qardaşım, oxu
Şair, sorma, vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü
Dastana döndü
Şair, sorma, nədən vətən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü
Dastana döndü