Песня Mən Özüm в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
3:52 MP3, 9.3MB, 320kb/s
Текст песни Promete - Mən Özüm
Bu addımlar, hara aparır bizi bu addımlar?
Mənim çətin uşaqlığım hələ də çıxmır yadımdan
Hər dəfə sanki eyni kino təkrarlanır
Cırıq paltarlı uşaq görəndə qarşımda
İşləməyə məcbur idim lap kiçik yaşımdan
Əllərimdən və beynimdən tələb edirdim nə isə
Kimsə tələb edəndə böyük qardaşından
Və çıxmır yaddaşımdan birinci sinifdə düyməsiz pencək
Bu acı gerçək və illər keçsə də
Anam hər dəfə baxanda ağlayır o şəklə
Ay Allah, sənə yalvarıram, heç kimi yoxsulluqla sınağa çəkmə
Qoyma, ac qarınla yatağa uzansın hansısa körpə
Yəqin ki, bu, ən əzablı şeydir
Öz körpəsini nəyəsə ehtiyaclı görmək
Odur ki, valideynlərin üzərindən əskik olmasın kölgən
Onları qoru, gücləndir ki
Onlar olsun körpələrinə yaxşı örnək!
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Məftillər içində itib-batıb hər şey tamam
Başımız qarışıqdır, yaxınlara yoxdur zaman
Zəng etməyə də vaxt yoxdur, deməyə də bircə salam
Bu gün yenə zəng edib darıxdığını dedi anam
Ana, mən həm yalançıyam, həm də ki qatiləm
Sosial şəbəkələrdə vaxt öldürür sənin oğlun
Axşam da zəng edəndə qaldırmayıb telefonu
Səhər deyirəm, - "Tez yatmışdım işdən dünən gəlib yorğun"
Hər şey çox bulanıqdır, hər şey necə də durğun
Səs-küyün içində mən kim olduğumu da unutdum
Silinir yaddaşımdan bir-bir bütün doğma şeylər
Soyutdum özümü mən bu həyatdan, çox soyutdum
Mənim üçün indi sevincdir cibimdə pul olması
Ürəyim yaman çəkir bişirdiyin yarpaq dolmasın
Deyirsən: "Özünə yaxşı bax, əynini qalın geyin"
Qoy xəstələnib ölüm, mənim kimisi heç olmasın!
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər
Nə qalır geriyə bizdən?
Qaçır, uçur sürətlə illər
Silinir, yox olur izlər
Dəyişdikcə bir-bir fəsillər