Песня Otaq в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
3:40 MP3, 5.3MB, 192kb/s
Текст песни Promete - Otaq (11 Mart Versiyası)
Sən, bəlkə də, bilmirsən, nədir diri ikən ölmək
Sən, bəlkə də, bilirsən, amma dinmirsən, dinə bilmirsən
Qulağına qonağam, məni daha dərinə burax
Bax gör nəyi mənə sən, nəyi sənə mən verə biləcəksən, bir az paylaşaq
Keçdik içəri, mən çox içən deyiləm, amma bəlkə birgə içərik
Açarıq ürəyimizin dibini, bir-birimizin üzünə deyəsi sözlər var
Deyərik qulağa, sonra qulaqcıqların ipi dolaşar bədənə
Gedərək yuxuya, dönərik yumağa
Bu fikirlər apara bilər bizi hələ çox uzağa
Amma qorxusu yoxdur (yoxdur, yoxdur)
Yox, yoxdur! İtirilə biləcək nələrsə qismət ümidinə buraxılanlardır
Hər bir pislik içində də mütləq kiçik bir yaxşılıq vardır
Bilirəm mən, bunu mənə deyən olmayıb, yox!
Bu... Kimi hissə-hissə yığmışam mən özümü
Bəli, beləyəm və bir gün məni tanıyan doya bilmir dadıma
Amma ki varam o kəslərçün ki, düşüb yadına, aparır qulağına məni
Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi
Ya da al səsi
Qoy heç kəs eşitməsin
Bu mahnı sənindir
Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi
Ya da al səsi
Qoy heç kəs eşitməsin
Bu mahnı sənindir
Bu mahnı sənindir, şəxsi otağın kimi
Otaq eyni qalır, amma rənglər dəyişir əhvalla və hər bir yaşda
Bu mahnı dərindir, şəxsi otağın kimi
Nəyi haraya gizlətdiyini səndən qeyri kimsə bilməz
Hər sətrin xatirəsi bir başqa
Bu mahnı sərindir, şəxsi otağın kimi
Hamıya istidir, amma sənin havan sənin əlindədir
Qulaqlarındakı qulaqlıq kimi
Bu mahnı sənindir
Sən onu eşitmədən o, bir işə yaramaz
Onu sevdiyin geyimtək geyib, yerinə as
Zamanı gələnə qədər o qalacaq orada
Və bir gün yenə də yararlı olacaq, ancaq onda
Anlayacaqsan ki, nədir dəyəri bu sətirlərin
Mənim də bitici bir ömrüm var, bitəcək, geriyə qalacaq sətirlərim
Və bil ki, hər dəfə "play"ə basdıqca Mete geri gəlir
Necə də qəribədir quruluş
Bəli, bəli, seçimi "playlist"in edir
Yox oluş, ya da var oluş
Sənin səs verən o əlindədir
Və hər bir "replay" yenidən həyat verməyə bərabərdir
Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi
Ya da al səsi
Qoy heç kəs eşitməsin
Bu mahnı sənindir
Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi
Ya da al səsi
Qoy heç kəs еşitməsin
Bu mahnı sənindir
Səs ver, məni qonaq elə qulağına
Eyni mahnının sakiniyik indi
Ya da al səsi
Qoy heç kəs еşitməsin
Bu mahnı sənindir
Səs ver