Песня Hiss Yığını 1 в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
3:43 MP3, 5.4MB, 192kb/s
Текст песни Promete - Hiss Yığını 1
Çoxu, bəlkə də, xatırlamır indi kim olduğun
Mənimsə yadımdan çıxmır haralardan qovulduğum
Yoğurulduğum xəmir təkcə məndə verdi bəhrə
Həyata qarşı dayanmışam, mən ağac, həyat dəhrə
Bir-iki sətir yazıb içimi boşaldım - dedim
Bir də baxdım, alıb, aparıb məni yenə ilham
Qəribə gedişatla üyüdür fikirləri beynim
Sətirlərə dönəndə çoxlarına olur məlhəm
Çətini başlamaqdır, dişim üstündə dişimin
Səbəbi mənə hörmətin, ustasıyam işimin
Əlimi nəyə qoysam, bəli, bəli, sevirəm tərifi
Tərifçün çalışmaq bir hissəsi vərdişimin
Mənimçün "Jarmusch" olmaq asandır Tarantinodan
Ruh vermək üstündür, məncə, məsləhətdənsə
Heç kəs paltarlı doğulmayıbdır anadan
Fikirlər də bizimlə böyüyür, ölənlər də var nədənsə
Bu "track" tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan, çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını
Bu "track" tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan, çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını
Fikrim bitsə, qoyaram nöqtə, bitməzsə, üç nöqtə
Anlamağa çalışıram - kim kimə edir diktə
Əllər yazır, fikirlər başqa yerdə
Bəlkə elə bu dağınıqlıq dayanır kökdə, hə?
Sakit dur, bilirəm, danışmırsan
Fikirlərinin səsi gəlir qulağıma, düşünmə
Məni çatdırmaq istədiyin yerdən oyana göndərmə
Çatanda xəbər elə, fikirlərindən düşüm mən
Çətindir yaşamaq hisslər burulğanında
Sovurub aparmasa, yaxşıdır, bizi nüvəyə
(Boğuluram) İtib-batıram bu məişət yarğanında
Gecələr pərvanə, gündüzlər güvəyəm
Və nə qədər çətinmiş dayanmaq ayaq üstə
Günü-gündən suallar iti, bədən süst
Fikirlərim məndən daha ağıllıymış
Qoyası olsanız, mənə yox, onlara qoyun büst
Bu "track" tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan, çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını
Bu "track" tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan, çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını
Çox pis yığılır, məndə onlar çox pis yığılır
Qalaq-qalaq... (Ey!)
(Sənləyəm, eşidirsən?)
Nöqtə qoya bilməyəcəm
(Eşidirsən məni? Ey!)
Sən elə bilirsən, hər şey qurtarır
Əslində isə hələ hər şey indi başlayır
(Ey!) Hazırsan? Getdik!