Песня #icmal1 в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
2:06 MP3, 3MB, 192kb/s
Текст песни Promete - #icmal1
Demək istədiyin həqiqətləri
Uzun müddət içində saxladıqca
Üzə çıxarmaq daha da çətinləşir
Yalan isə od kimidir, nə yaxşı, nə də pis
Ya qızdırır, ya da yandırır
Bilirəm, nədən yazım, amma niyə axı?!
Yazdığım hər sətrə qara kostyumlular baxır
Adamı tutub basarlar sətrinə görə içəri
Onda da ən yaxşı halda soyular Nəsimi kimi dərin
Doğmur Günəş bu yerlərdə, onun da çatıb "доля"sı
Kiminsə qohumusansa, yasımdan üstündür toyun
Ya da boğum sevincimi, toyumdan üstündür yasın
Tutun, basın bu köpək oğlunu, tutun, içəriyə basın!
Birvaxtkı silahdaşlarım indi kiminsə dalında
Girib oturub özünə rahat mənzil almaq ümidi ilə
Sonra da ağıl öyrədir efirdə gəncliyimə
Onun-bunun p*xuna bulaşmış o uzun dili ilə
Açığı Camal-ı da anlaya bilmirəm, nədir istəyi?!
Yazmışdım söyüş söyəndə: "Bu hərəkətini sevmədim!"
Sonra da bayrağa döş yapışdırdı, qovuldu "Meydan"-dan
Yenə də bir tutarlı məntiqə uyğunluq görmədim
Bu qədər qalmaqalın, dava-dalaşın ortasında
Nadirin "Maral"ları hələ də efiri partladır
"Snoop" yola verir Aygünü, Röya Fransada taksidə
Zorxana Fikrət oğlu "Fort Boyard"a açar paylayır!
Zukerberq bizim üçün daha çox edir, nəinki yerli TV-lər
Yerli saytlar göstərir ki, soyunur yerli "civi"lər
Dünyanın hər yerində eyni cür qlobal siyasət
Kapitalizm quruluşunu atmaq lazımdır zibilə!
Vətən mənə oğul desə, nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-betərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!
Vətən mənə oğul desə, nə dərdim
Mənim vəziyyətim mamırdan da beş-betərdir!
Vətəni sevməyən insan olmaz
Yox, vətəni sevən adamda imkan olmaz!