Песня #Icmal2 в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
3:04 MP3, 4.4MB, 192kb/s
Текст песни Promete - #Icmal2
Zülmət zülməti qova bilməz
Bunu yalnız işıq edə bilər
Nifrət nifrəti məhv edə bilməz
Bunu yalnız sevgi bacara bilər
Nifrət nifrəti, zorakılıq zorakılığı
Kobudluq isə kobudluğu artırır
Məni narahat edir dövrümüzün gedişatı
Bəli! Narahat edir ayı, günü, hər saatı
Məni narahat edir ətrafımda baş verənlər
Amma narahat etmir bu olanlar camaatı
Elə bil görən yoxdur efirdə baş verənləri
Anlamaq olmur Zauru, Nanəni sevənləri
Ya da Xəzərin adına ləkə, kabablı efir
De, anlayımmı bu verilişə qonaq gedənləri?
Bizim efir, doğrudanmı, cəmiyyətin büruzəsi?
Dünyanın artan intellektinin əks nümunəsi?
Sosial şəbəkələrdə elə bil axı bir az fərqliyik
Bəlkə yığaq efirlərdən də bu üfunəti?
Məni narahat edir bütün bu mövzular, çünki
Evimdə körpə var və bir azdan əli çatacaq TV-ə
İstəyim odur, baxanda öyrənə yararlı nəsə
Daha TV-ni açıb baxmasın "manıs"a, "civi"yə
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən
Məni narahat edir yıxılan məhəllələrin
Narazı sakinlərinin narazılıq müddəti
Bizim genimizdə elə bil ki var problem
Hər işimiz yarımçıqdır, hər işimiz müvəqqəti
Dəyişən məzənnənin əyninə geyindirilən don
Toxunmaq olmaz bu mövzuya, bağışlayın, "pardon"
Bir də gördün yeyinti tapıldı içində PicMus-un
Məcbur oldum, gedib işlədim mən də sonra "garson"
Sürpriz dolu dünyamızın sürpriz "land"i
Burada hər bir şey plan üzrə, qoca fəndi
Parisin "Charlie Hebdo" tamaşası nə idi ki?
Bakı "PlayStation"unun yanında sanki "Dendy"
Belədir, çünki belə olub bütün tarix boyunca
Sizinlə oynanıldıqca kimlərsə gülür doyunca
Kinolar, verilişlər, sifariş - beyin yuyulma
Söz azadlığı deyilən şey bütün dünyada oyuncaq
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən
Bil, əgər beyin işləyirsə
Sən sürüdən biri ola bilməzsən
Nə qədər repressiv olsa dövran
İdealların və sən silinməzsən