Песня Beat My Hit в исполнении Promete - слушать онлайн в хорошем качестве или скачать трек в Mp3 бесплатно на ПК или телефон.
3:07 MP3, 4.5MB, 192kb/s
Текст песни Promete - Beat My Hit
Musiqi bir damardı, mənim addımlarım bir az möhkəm
AzRap'də kölgəm hələ çox sısqaları addım-addım izlər
Qızıl suyuna çəkilmiş verse'lərim sanki dərslik
Səs də səsdi - bariton
Nəfəs kəsilməməlidir, qoyulmamalıdır hərf axınına son
Practice on, like Mike Tyson
Beat me, beat me, götür qulağına sürt hitimi
Bəlkə, sənin də çabaların bir fayda verdi
Söz demək də bir incəsənətdi
Amma bu sənətin indiki vəziyyəti - gilas səbəti
Səsimi qulağa sal, bəndim beynini anal
Mən hörmət gözlədikcə bağlanır üzümə kanal
Düzdür, yoxdu qalmaqalla freestyle
But enemies all died
Bizə kim deyir ki, səhv yoldayıq və düz yol var
Qalmasın qoy qayğımıza, getsin həmin düz yolla
Siz təzə euro, biz köhnə dollar
Dövriyə yüksək, konsertlərdə havadadır qollar
Deyiliş tərzim tökür ocağınızın üstünə şollar
Neyniyə bilər qoca ağaca kollar
Var voltaj, sən belə gözləmirdin, otur qal şokda
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur yerinə
Çünki bura səhnədir, deyil məhlə
Dirty south deyil mənim tərzim
Mən, ümumiyyətlə, AzRap'də dərzi
Bilmək üçün nələr baş verir, nədir dəbdə
Dinləyirəm all type hip-hop music
Məktəbimdə yox idi hip-hop dərsi
Ya da hələ də yoxdu ilham pərisi məntəqəsi
Ona görə də dəqiq bilmirəm kimdir rap'in dədəsi, nənəsi
Təpəsi qarlı dağlar deyil güvəniləsi
Mənimçün musiqidə rap'dir tək fəsil
Respect o kəsə ki, balta kimi kəsir hər kəlməsi
Kəlləsi fikir qazanıdı qaynadır
Mete sözlə iflic edir, beat'lə oynadır
Mənəm, mənəm deyənlər deyin mənə hardadır
AzRap bu gün dardadır, PRo edir darmadağın
Bəsdi, bəsdi az gurulduyun
Bir dəfə də yağın, ləkəsidir rap'in olmağı söz yığınağı
Adlandırmayın rapper hər yerindən duran balqabağı
Mal uşağı mal, əgər doldura bilmirsənsə zal
Bir az aralıda qal, bir az aralıda nəfəs al
Biz səsə bal qataraq qazanmırıq bal
Əsas məsələ track'lərdə boldu əhval
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə
Sətir-sətir bat daha dərinə
Dolur, boşalır bu səhnə
Uğursuzluq uğur əvəzinə
Çünki, bura səhnədir, deyil məhlə